“Mafiya babası” ilə nazir üz-üzə: Sedat Pekerin açıqlamaları Türkiyə gündəmini qarışdırıb - FATİH PORTAKALDAN MARAQLİ VİDEO

  • By admin
  • 25 May 2021 00:22

Türkiyədə “mafiya babası”, “yeraltı dünyanın adamı” kimi təqdim edilən Sedat Pekerin bu ölkənin hakim dairələrindəki ünlü şəxslər haqqında açıqlamaları davam edir.

Gununsesi.info xatırladır ki, hazırda Türkiyə xaricində olan Sedat Peker son açıqlamasında daxili işlər naziri Süleyman Soylunu hədələyib.

Belə ki, türk polisinin onun xanımına və uşaqlarına qarşı heç bir qanuna və dəyərə sığmayan hərəkətlər etdiyini deyən Peker  “Dövlətin o məqamından ayrılacağın günü başına zəncir taxıb, gəzdirməsəm, mənə haram olsun” deyə bəyan edib.

Onun bu iddiasına isə DİN rəhbəri Soylu cavabında deyib ki, onu heç bir təhdid qorxutmur: “Arvadının iç paltarı arxasında gizlənən adam, sübut eləsin ki, türk polisi onun uşağına, qadınına nəsə edib. Türkiyədə mafiyaya yer yoxdur. Biz onların kökünü kəsəcəyik”.

Qeyd edək ki, Peker məmurlar haqqında açıqlamaları AKP hakimiyyətinə müxalifət olan siyasi qüvvələrin əlində arqumentə çevrilib.

Son günlər Türkiyə gündəmini dəyi.ən Peker sensasion açıqlamalar vəd edir.

Gununsesi.info