
Ağstafada mağaza yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan mağazanın tavanı 10 m² sahədə və ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info