Mağazadan ərzaq oğurlayan şəxs tutuldu

  • By admin
  • 08 Aprel 2017 15:33

hebs_0451

 

Ölkə ərazisində oğurluq törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri və 350 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Surac Mehdiyev və Tural Mustafayev tutulublar.
Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yanvarın 19-da şəhər ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ədalət Əliyev saxlanılıb.
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da şəhər ərazisindəki mağazalardan birindən 75 manat pul, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ləkçılpaq kənd sakini Anar İsmayılov tutulub.

 

Gununsesi.info