Cari il yanvarın 16-da Abşeron rayonu ərazisindəki mağazalardan birindən 35 min manat pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.
Anar
Gununsesi.info