Mağazadan ödəmə aparatı oğurladılar

  • By admin
  • 29 Sentyabr 2016 14:20

ogru

Abşeron rayon polis idarəsinə müraciət edən vətəndaş Fikrət İsmayılova ona məxsus Masazır qəsəbəsində olan  mağazadan oğurluq olunması barədə məlumat verib.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə baxış keçirən polis əməkdaşlrı oardan kassada olan təqribən 690 manat  pulun və mağazada “E” manat ödəmə aparatının sındırılaraq içərisində olan nəğd pulun oğurlandığını məlum ediblər. Rayon polis idarəsinin cinayət axtarış şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli ola şəxsi Əflatun Bayramov saxlanılıb. İstintaq zamanı dindirlən Bayramov əməlini səmimi etiraf edib. Onun sözlərinə görə o, sözü gedən magazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyir. Əvvəllərdə məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları özü istirahəti üçün xərcləyib. Ancaq onun istirahəti çox çəkməyib ki polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info