Gununsesi.info xəbər verir ki, Nərimanov rayonu ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazadan isə planşet oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.
Gununsesi.info