Qəbələ rayonunun Zarağan kəndi ərazisindəki mağazalardan birindən pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-nə keçən gecə Zarağan kəndi ərazisindəki mağazalardan birindən 80 manat pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vurğun Həsənov və Orxan Hacıyev tutulublar.
Anar
Gununsesi.info