“Monitorinqlər göstərir ki, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir. Yoxlamaların aparılmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalısı vacibdir”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda “İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov deyib.
A. Sərdarovun sözlərinə görə, xidmət obyektlərində, eləcə də mağazalarda vergi yoxlamaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidentinin iş adamlarının fəaliyyətinə böyük dəstəyi olsa da, təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlar.
Ekspert qeyd edib ki, ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır. “Əgər istehlakçı diqqəti və nəzarəti güclü olarsa, vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər”- deyə, o, bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info