Kolumbiyanın Şoko bölgəsinin Karmen de Atrato şəhəri yaxınlığındakı magistral yolda leysan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı 18 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Antioquia qubernatoru Andres Julian Rendon verdiyi açıqlamada axtarış-xilasetmə qruplarının bölgəyə gəldiyini və çox sayda insanın yerin altında qaldığını bildirib.
Kolumbiyanın vitse-prezidenti Fransia Markes X sosial media hesabındakı paylaşımında hadisəni yaxından izlədiklərini bildirib.
Təcili Yardım Mərkəzindən edilən açıqlamada, eyni anda çoxlu sürüşmə xəbərinin alındığı və yerin altında düşünüləndən daha çox insanın ola biləcəyi qeyd edilib.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb.
Gununsesi.info