Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

  • By admin
  • 10 Fevral 2022 19:16

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

Gununsesi.info-nun Dövlət İmtahan Mərkəzinin saytına istinadən məlumatına görə, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.

HTML tutorial

Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi – 15007 ; rus bölməsi – 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

 

 

Gununsesi.info