“Magnus Carlsen Invitational”: Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Teymur Rəcəbovdan heç-heçə

  • By admin
  • 13 Mart 2021 21:07

Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ilk oyunlarını keçiriblər.

Gununsesi.info xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışda Levon Aronyanla qarşılaşma ilə debüt edib.

Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib.

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.

Gununsesi.info