“Mahaçqalada baş verənlər Rusiyada təbliğ edilən “nifrət və təcrid” siyasətinin təzahürüdür” - Anar Məmmədli

  • By admin
  • 30 Oktyabr 2023 08:54

Xəbər verdiyimiz kimi, Dağıstanda bir qrup insan Mahaçqala hava limanında izdiham yaradıb. Onlar toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. 

Gununsesi.info xəbər verir ki, Mahaçqala hava limanında iğtişaşlar zamanı dörd nəfər saxlanılıb. Hava limanında baş verən insident zamanı xəsarət alanlar var.

Bildirilib ki, polis və mülki şəxslər də daxil olmaqla 20-dən çox insan xəsarət alıb.

10 nəfəri rayon xəstəxanalarındadır, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisəyə münasibətini açıqlayan siyasi ekspert Anar Məmmədli bildirib ki, “Mahaçqala aeroportunda baş verənlər Putinin Kremlə gəldiyi dövrdən bu ölkədə təbliğ edilən “nifrət və təcrid” siyasətinin təzahürüdür”.

“Sadə rusiyalılar müxtəlif motivlərlərlə spesifik nifrət psixologiyasını mənimsəyib. Qərbə nifrət, kiçik xalqlara nifrət, demokratik azadlıqlara nifrət, yəhudilərə və qeyri-ruslara nifrət.

Təsəvvür edin ki, Kremlin çöküşündən sonra Rusiyanı necə sosial və siyasi münaqişələr gözləyir. Dəhşətli mənzərə olacaq. Nə yaxşı ki, 100 il öncə Sovet ittifaqına ayrıca dövlət kimi daxil olmuşduq, yoxsa indi Rusiyanın federativ subyektlərindən biri idik”, – deyə o bildirib.

Gununsesi.info