MARAQLI ARAŞDIRMA: Mahılar niyə beynimizdə təkrar-təkrar səslənər?

  • By admin
  • 30 Dekabr 2022 16:42

Mahnılar insan ruhuna təsir edən qlobal dil kimi qəbul edilən və beyin dalğalarımzı müsbət yöndə dəyişdirən səslərin,sözlərin toplusudur.

Zehnimiz bizim idarəmizin hakim olmadığı, qarışıq və dərin qruluşdur. Bəzən xatırlamaqda çətinlik çəkdiyimiz bir bilgini bizə vermək əvəzinə, mahnı çalmağı seçə bilər və bizim əlimizdən bir şey gəlməz.

Psixoloqlara görə dilimizdə dolanan mahnıların ən maraqlı yanı beynimizin kontrolumuz çölündə olan bir bölgəsinin olduğunu göstərməsidir. aBu mahnılar icazə almağa ehtiyac duymadan gəlirlər və getməyi rədd edirlər, tamamı ilə kontrolumuz çölündədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, zehnimiz Londondakı Qoldmits Universitetində edilən araşdırmada dildə dolaşan 5000-dən çox mahnı təsbit edilib. Çoxluqla bəsit və təkrarlanan mahnılar dilimizdə təkrarlanmağa meyilli olduğunu göstərir, ancaq bu mahnı hər kəsə fərqlilik göstərir.

Musiqinin içində qeyb olmaq

Neyeronoloq Oliver Saks “Musicofilia” adlı kitabında dilimizdə dolaşan mahnılar üçün “beynimizin musiqiyə qarşı hədsiz həssasiyyəti” kəlməsini işlədir. Musiqi təkrarlanan məzmun daşıyır və bu səbəbdən, onlardan qurtulmaq çətindir. Bəziləri dildə dolaşan mahnını başlanğıcından sonuna qədər söyləməyin ondan qurtulmağa yardımçı olduğunu söyləyir. Bəziləri isə bunun işə yaramadığı isbatına varıb.
Gün içində sıx-sıx qarşılaşdığımız şeylər arasında olan mahnı hər dəfəsində eynişəkildə qarşımıza çıxması ilə fərqlilik göstərir. Örnək üçün, hər güün gördüyümüz çitlər, əslində həm eyni çitlərdir, ancaq onlara hər baxdığımızda fərqli işıq və bucaqdan ötrü eyni ilə görə bilməzsiniz.Ancaq bir mahnını dinlədikdə, bu hər dəfəsində eyni mahnıdır. Təkrarlar xatırlatmağı böyük ölçüdə təsirləndirər və bəlkə də bu səbəbdən, mahnını hər dinlədikdə yaddaşımızda dərin çətinliklər əlavə edər. Bu sayədə dilimizdə təkrarlanması-fırlanması daha da asanlaşar.
Dilimizdə təkrarlanan bu mahnılarda daha bir fərqli bir durum var…Təkrarlardan yaranması o mahnını xatırlamğımızı asanlaşdırır, ancaq melodiyasında kiçik dəyişiklər olması onu xatırlamağımız üçün ciddi ip ucları verir. Beləliklə, hafizəmizə yerləşməsi daha da asanlaşır. Əgər melodiyada bu özünə xas dəyişiklər olmasaydı, o zaman, təkrar edən bənzər səslərdən ibarət olardı və ağlımızda qalması daha çətin olardı.

 

Ritmin dustağı-qulu olmaq

Bir mahnının təkrar-təkrar dilimizdə dolaşması üçün onun, istənilən halda dinləmənizə gərək yoxdur. Adını eşitmək belə, yetərli ola bilir. Bu da mahnıların uzun müddətli yaddaşla bağlantılı olduğunu göstərir. İnsan yaddaşı ilə bağlı araşdırmalarda qısa müddətlik hafizədə “qul sistemləri” adı veirlən bir sistem təsbit edilib. Bu sistemlərdən biri “Zehin Gözü”dür. Şəkli bilgiləri toplayır. Digəri içə “iç qulaq”dır. Telefon nömrələri kimi şeyləri xatırlamağımızı təmin edər. Elə dilə dolanan mahnılar bi qismə təsir edir; İç qulaq. Gün içində planlarımızı, düşüncələrimizi, ya da xatırlamağımız gərəkli şeylərin siyahısını təkrarlamaq yerinə, iç qulaq bir mahnının melodiyasına, ya da sözlərinə alışqanlıq edər.

Nəticə olaraq normalda ağlımızı məşğul etməyən bir yanımız, istəklərimizə cavab vermək əvəzinə, bir mahnını davamlı təkrarlayar

Çağdaş psixologiya zehnimizin bir bütün halında olmadığı isbatına varıb. Zehnimizdə olan tək şey özüüzün-özüzmüzlə bağlı qavarayışımız deyil. Əslində, zehnimiz bütövü ilə bilmədiyimiz bir dünyadır və vütövlükdə, öz kntrolumuzda deyildir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info