Mahir Emreli “Dinamo”da növbəti qolunu vurub

  • By ilhame
  • 01 Noyabr 2023 19:42

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun heyətində növbəti qolunu vurub.

Gununsesi.info xəbər verir ki, 26 yaşlı hücumçu “Oriolik”ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.

Emreli Zaqreb təmsilçisinin heyətində ümumilikdə 7-ci qolun müəllifi olub.

Qeyd edək ki, “Dinamo” rəqibini 8:0 hesabı ilə məğlub edib.

Gununsesi.info