Mahir Emreli məhsuldar ötürmə verib, “Dinamo” qələbə qazanıb

  • By ilhame
  • 08 Oktyabr 2023 21:22

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Gununsesi.info-nun məlumatına görə, paytaxt təmsilçisi XI turda “İstra”nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Mahir Emreli ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Dinamo” üçüncü pillədə qərarlaşıb.

Gununsesi.info