Mahir Emreli “Qarabağ”ın bazasına gəldi

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli bu gün “Qarabağ”ın bazasında olub.

Gununsesi.info xəbər verir ki, bu bardədə klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a məlumat verib.

HTML tutorial

O bildirib ki, 24 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Abbaszadə bildirib ki, Emrelinin sabiq klubunun bazasına gəlişi sırf 49 yaşlı mütəxəssisi görmək istəyilə bağlı olub: “Onun “Qarabağ”a transferi müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu barədə söhbət olmayıb. Mahirin öz komandası, öz yolu var. Sadəcə, keçmiş futbolçumuz, “Qarabağ”da xidmətləri olmuş biri kimi bazaya gələrək, Qurban müəllimlə görüşüb”.

Gununsesi.info