Mahir Emreli təxribata münasibətini bildirdi: Mövzu vətəndirsə, gerisi təfərrüatdır

“Qarabağ”ın hücumçusu Mahir Emreli “Düdelanj”la oyunda baş verən erməni təxribatına münasibət bildirib. Gununsesi.org  xəbər verir ki, futbolçu “İnstagram” hesabında bununla bağlı paylaşım edib:

O, paylaşımına belə şərh yazıb: “Mövzu vətəndirsə, gerisi təfərrüatdır. “Qarabağ” Azərbaycandır!”.

 Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu üzdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.

Gununsesi.org