Mahir Emreli yeni klubunu TƏRİFLƏDİ

  • By admin
  • 03 Fevral 2022 10:27

“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. “Dinamo” həmişə Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Zaqreb” klubuna keçidi barədə danışarkən deyib.

25 yaşlı hücumçu bildirib ki, “Dinamo” son illərdə keyfiyyətli oyun nümayiş etdirir:

“Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində peşəkar futbolçular çoxdur. Bu, ciddi klubdur. İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu, futbol klubunda artıq, Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşi olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Gununsesi.info