Mahir Emrelinin durumuna aydınlıq gəlib

  • By ilhame
  • 07 Yanvar 2024 15:06

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.

Ultra səs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftə müalicəyə ehtiyac duyacaq.

Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.

Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Gununsesi.info