Mahir Xəttab azadlığa buraxıldı

  • By Günel
  • 09 Sentyabr 2024 10:33

Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.

O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.

Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.

Gununsesi.info