Fələstin prezidenti Mahmud Abbasın İsrailin Fələstin ərazisinə hücumları və atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qahirəyə getdiyi bildirilib.
Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində Abbasın Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə səfər etdiyi bildirilib.
Abbas-Sisi görüşündə “İsrailin fələstinlilərə qarşı soyqırım müharibəsini dərhal və həmişəlik dayandırmaq üçün görülən işlərin” müzakirə ediləcəyi gözlənilir.
Görüşdə həmçinin Qəzza zolağında baş verən humanitar fəlakətlə mübarizə yolları, Fələstin xalqının deportasiya cəhdlərinin qarşısının alınması, Misir və ərəb ölkələrinin, o cümlədən regional və beynəlxalq səviyyədə İsrail qüvvələrinin və radikal yəhudi məskunlaşanların hücumlarını dayandırmaq üçün göstərdiyi səylərin müzakirə ediləcəyi qeyd olunub.
Abbas və Sisi arasında baş tutacaq görüşün vaxtı ilə bağlı məlumat verilməyib.
Gununsesi.info