Mahmud Abbas baş nazirin istefasını qəbul etdi

  • By admin
  • 27 Fevral 2024 08:50

Fələstin prezidenti Mahmud Abbas baş nazir Məhəmməd Ştayənin istefasını qəbul edib.

Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas Ramallahda İştiya ilə görüşüb.

Hökumətin istefasını qəbul etdikdən sonra Mahmud Abbas Ştayə və kabinet nazirlərindən yeni hökumət qurulana qədər “müvəqqəti kabinet” kimi fəaliyyətlərini davam etdirmələrini istəyib.

Fələstinin baş naziri Məhəmməd Ştayə bu gün işğal altındakı İordan çayının qərb sahilində Ramallahda keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında istefasını prezident Mahmud Abbasa təqdim etdiyini bildirib.

“Bu qərar Fələstin məsələsinə və siyasi sistemimizə misli görünməmiş zorakı hücumlar, eləcə də Qəzzada xalqımıza qarşı məcburi aclıq və məcburi köçkünlük kimi soyqırım cinayətləri fonunda verilib”, – Ştayə vurğulayıb.

 

Gununsesi.info