Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib

  • By admin
  • 14 May 2018 21:18


Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Gununsesi.info TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin “Ən-Nəkba” (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.

Gununsesi.info