Mahmud Abbas Qəzzaya gedəcək

“Qəzza zolağı Fələstinin ayrılmaz hissəsidir və qalacaq”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin başçısı Mahmud Abbas Türkiyə parlamentinin növbədənkənar iclasında çıxış edərkən bildirib.

“Fələstin ərazisində başqa dövlət yaradıla bilməz. Torpaqlarımızı tərk etməyəcəyik”, – deyə o bildirib.

Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, Qəzzaya gedəcək və bu qərarından geri çəkilməyəcək.

 

 

Gununsesi.info