Fələstin Prezidenti Mahmud Abbas avqustun 12-də Moskvaya səfər edəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.
“Prezident avqustun 12-si axşam gəlir. Çərşənbə axşamı onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Prezidentin səfəri avqustun 14-də bitəcək”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, Mahmud Abbas bir sıra ərəb ölkələrinin Rusiyadakı səfirləri ilə də görüşəcək.
Gununsesi.info