Mahmud Nəbiyev öldü

  • By admin
  • 07 Dekabr 2022 10:04

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Onu da xatırladaq ki, Mahmud Nəbiyev Azərbaycanın məhkəmə sisteminin üz qarası sayılıb.

Ölkədə minlərlə vətəndaşın qanunsuz cəzalanmasına səbəbkar olub.

Günay

Gununsesi.info