Mahnı Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq

  • By admin
  • 26 Avqust 2016 15:42

mahni teatri

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq.

Teatrdan Gununsesi.info-ya bildirilib ki, açılışa teatrın Rəşid Behbudov adına musiqi ansamblının möhtəşəm konsert proqramı ilə start veriləcək. Konsertdə, həmçinin tanınmış ifaçıların repertuarında bəstəkar və xalq mahnılarından ibarət kompozisiyalar təqdim olunacaq.

Qeyd edək ki, konsert proqramı saat 19.00-da baş tutacaq.

Gununsesi.info