“Mahnısı 10 milyon tıklansın, dərhal ifaçılığı buraxacam…” - AKÇILDAN SERENGİLƏ İDDİALI ATMACA

  • By admin
  • 30 May 2017 22:00
sinan-akcil-feat-ferah-zeydan-biri-bana-gelsin_8176934-3948_1920x1080
Türkiyənin gənc və gevilən ifaçılarından olan Sinan Akçıl digər tanınmış sənətçi Seren Serengiə atmaca atıb.
Gununsesi.info-nun Türkiyə medaiasına istinadən xəbərinə görə, ünlü ifaçı Serdar Ortacla duet oxuduqları “Eyyo” mahnısının son 6 gündə 2 milyon 600 mindən çox tıklandığını iddia edən Akçalın Serengilə meydan oxuyub.
“Serengil bir mahnı oxusun və mahnısı 10 milyon tıklansın, dərhal musiqini-ifaçılığı buraxacam”-deyə, o, çox iddialı danışıb.
seren
Serengil isə bunları deyib.
“Mən onun mahnısının cəmi 6 gün ərzində 2 milyon 600 min tıklandığı, ümumiyyətlə, bu tıklanma xəbərlərinə çox inanmıram…Düzdür, o yaxşı ifaçıdır, son dueti-mahnısı da yaxşıdır, ona hörmətim də var,  amma onun solo ifa etdiyi mahnıların heç biri uğur qazanmayıb. O, ancaq kiminləsə duet oxuyarkən, uğur qazanır…Onun mənə qarşı qıcıqlığının, qızğınlığının kökündə də keçmiş sevgilisi-yaxın rəfiqəm olan Ebru Şallı ilə ilişgilərində yaşananları söyləməyim dayanır”-deyə, Serengil sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info