Dünən Bakıda konsert verən Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Türkiyədə yaşayan, azərbaycanlı iş adamı yaxın dostu Mübariz Mənsimovun atası Qurban Mənsimovun məzarını ziyarət edib.
Gununsesi.info bildirir ki, sənətçi Bakıda dəfn olunan Qurban Mənsimovun məzarına çiçəklər qoyub, xatirəsinə dualar oxuyub.
Mahsun Kırmızıgülün bu ziyarəti ilə bağlı Mübariz Mənsimov özü də sosial şəbəkə hesabında paylaşım edib .
Həmin paylaşımda deyilir:
“Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsum bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz Dost.
Allah rəhmətə gedən bütün ataların ruhlarını şad, yaşayan bütün valideynlərin isə canlarını sağ və salamat eləsin”.
Gununsesi.info