
Məşhur türk sənətçisi Mahsum Kırmızıgül öz “İnstagram” səhifəsindəki paylaşımı ilə Azərbaycana dəstəyini nümayiş etdirib.
Musavat.com bildirir ki, sənətçi Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu paylaşaraq ailəsinə və ölkəmizə başsağlığı verib. Sənətçi bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.