Makqreqordan 1 milyonluq dəstək – Koronavirusla mübarizəyə

  • By admin
  • 26 Mart 2020 13:40

İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor koronavirus pandemiyasıyla mübarizəyə dəstək olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Makqreqor özü məlumat yayıb. O, İrlandiyanın Lenster bölgəsindəki xəstəxanalar üçün 1 milyon avroluq qoruyucu vasitələr alıb.

Səhiyyə işçiləri Makqreqor haqda “belə cəsur insanlar olmasaydı, indi harda olardıq, bilmirəm” deyə, deyiblər.

Gununsesi.org