Makron 48 saat ərzində Putinlə danışacaq

  • By admin
  • 11 Mart 2022 09:36

Fransa prezidenti Emmanuel Makron yaxın 48 saat ərzində Rusiya lideri Vladimir Putinlə yenidən söhbət etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa prezidenti Avropa İttifaqının Parisdə keçirilən fövqəladə sammitinin açılışında bildirib.

Makron deyib ki, dünən səhər o və Almaniya kansleri Şolz Putinlə danışıb.

“Yaxın 48 saat ərzində onunla yenidən söhbət etməyi planlaşdırırıq”, – Makron bildirib.

O, Ukraynada atəşkəsə nail olmaq və bu münaqişədən çıxış yollarını tapmaq niyyətində olduğunu vurğulayıb.

Gununsesi.info