Makron ABŞ-a səfərdən imtina etdi – SƏBƏB

  • By resul
  • 16 Sentyabr 2023 09:32

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etməyi planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bu barədə adı çəkilməyən respublika rəsmilərinə istinadən “Politico” məlumat yayıb.

İlkin məlumata görə, dövlət başçısı işinin sıxlığı səbəbindən ABŞ-a səfərdən imtina edib. Xüsusilə Britaniya kralı III Çarlz tezliklə Fransaya uçacaq.

Nəşrin müəllifləri qeyd ediblər ki, Parisdə və ölkənin digər şəhərlərində baş verən iğtişaşlar səbəbindən ingilis monarxının səfəri artıq təxirə salınıb. Eyni zamanda, Emmanuel Makronun yaxın iki həftə ərzində Böyük Britaniyanın Əmək Partiyasının sədri Key Starmer və Papa Fransisklə də danışıqlar aparacağı gözlənilir.

“Fransa prezidenti Emmanuel Makron bir-birinin ardınca diplomatik görüşlər keçirir, lakin onun getməyəcəyi bir yer var – bu, Nyu-Yorkda BMT Baş Assambleyasıdır”, – nəşrin həmsöhbətlərindən biri aydınlıq gətirib.

Səid Əhmədli
Gununsesi.info