Makron aləmi qatdı, bu ölkə səfirini geri çağırdı

  • By admin
  • 03 Oktyabr 2021 13:08

Əlcəzair Fransadakı səfirini geri çağırıb.

Gununsesi.info xəbər verir ki bu barədə ölkə lideri Əbdülməcid Təbbun deyib.

Buna səbəb isə Fransa Prezidenti Makronun “Le Monde” qəzeyinə müsahibəsində Şimali Afrika rəsmi tarixinin “yenidən yazıldığı” haqda fikir bildirməsi olub.

“Səfirimizin Parisdən geri çağırılmasına səbəb Fransa prezidentinin məsuliyyətsiz açıqlamasıdır”, – Təbbun deyib.

Təbbun bildirib ki, Makronun sözləri Fransa koloniyası olan zaman Əlcəzairdə həlak olanların xatirəsinə təhqirdir.

Qeyd edək ki, Fransa Əlcəzairdə dəhşətli soyqırımlar həyata keçirməsi ilə tarixə düşüb.

Gununsesi.info