Makron Azərbaycanın 8 hərbçini Ermənistana təhvil verməsini alqışlayıb

  • By admin
  • 07 Fevral 2022 15:20

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı tviterdə yazıb.

HTML tutorial

“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, – o qeyd edib.

Gununsesi.info