Makron bizə zəng edərək dedi ki… – Çavuşoğlu

  • By admin
  • 10 İyun 2021 10:14

Makron bizə zəng edərək bir havadan müdafiə əleyhinə sistem verəcəklərini söylədi. Daha sonra münasibətlərimizdə gərginlik yarandı və bu qərardan imtina etdilər.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“ABŞ bizə “Patriot” vermirsə, digər ölkələrdən də ala bilərik. Şərt deyil ki, “Patriot” olsun”, – Çavuşoğlu söyləyib.

Ərdoğanla Makronun son söhbətinin kifayət qədər müsbət keçdiyini deyən Çavuşoğlu bir-iki məsələdə fikir ayrılığının olduğunu, lakin bu məsələlərdə də məsləhətləşmələrə başladıqlarını vurğulayıb:

“Liviya mövzusunda da fikir ayrılığımız var, ancaq Liviyadakı yeni hökumətdən sonra anlaşılmazlıqlar azalıb. Fransa bizimlə Afrika ilə bağlı da məsləhətləşmələr aparmaq istəyir.

Afrikaya Fransa ilə rəqabət üçün getmədik. Türkiyənin orada güclü bir aktor kimi görünməsi önəmlidir. İqtisadi münasibətlərimizi də gücləndirmək istəyirik. Bütün dünyada iqtisadi işbirliyimiz üçün çox iş görürük. Hazırda da Fransa ilə yüksək əhval-ruhiyyə var. Önümüzdəki dövrdə əlaqələrimizi inkişaf etdirəcəyik”.

Gununsesi.info