
Fransa prezidenti Emmanuel Makron iyulun 16-da baş nazir Qabriel Attalın istefasını təsdiq edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Radio France Bleu mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Attal istefa verdikdən sonra o, kabinetin yeni rəhbəri təyin olunana qədər respublikanın baş naziri vəzifəsini icra edəcək.
Bundan əvvəl Fransa lideri baş nazirin istefasını qəbul etməkdən imtina edib.
Attal iyulun 7-də keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə istefa ərizəsi verib.
İlhamə
Gununsesi.info