Makron Fransa prezidentliyinə namizəd olmaq istədiyini bildirib

  • By admin
  • 05 Yanvar 2022 20:17

Fransa prezidenti Emmanuel Makron ikinci müddətə seçilmək istədiyini bildirib, ancaq hələ ki, namizədliyini rəsmən irəli sürməyib.

Gununsesi.info xəbər verir ki, o qeyd edib ki, hazırda koronavirus pandemiyası ilə mübarizə əsas prioritetdir.

HTML tutorial

“Heç bir yanlış gözlənti yoxdur. Mən istəyirəm”, – deyən prezident buna imkan verəcək sanitar şərait yaranan kimi məsələni özü üçün aydınlaşdıracağını və xəbər verəcəyəni vurğulayıb.

O əlavə edib ki, namizədlər arasında qadınların da olması ölkədə qadın və kişi bərabərliyini təmin edir.

Qeyd edək ki, Fransa prezidenti postu uğrunda Paris meri Ann İdalqo, həmçinin Milli Birlik partiyasının lideri Marin Le Pen, radikal solçu Jan-Lük Melanşon və kommunist Fabyen Russel mübarizə aparacaq. Seçkilərin birinci turu aprelin 10-na təyin edilib. İkinci tur 24 aprel 2022-ci ildə baş tutmalıdır.

 

 

Gununsesi.info