Makron hər cür hegemoniyadan güzəştli olan bir Hind-Sakit Okean bölgəsi istəyir

  • By admin
  • 15 İyul 2023 11:41

Fransa Prezidenti Emmanuel Makron paytaxt Parisdə Hindistanın Baş naziri Narendra Modi ilə Yelisey Sarayına görüş keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Makron dialoq zamanı hər cür hegemoniyadan güzəştli olan bir Hind-Sakit Okean bölgəsi istədiyini bildirib.

Strateji tərəfdaşlıqlarının 25-ci ildönümünü qeyd etdiklərini xatırladan Fransa lideri hind hərbi birliklərinin İkinci Dünya Savaşında frnasızlarla birlikdə döyüşdüyünü dilə gətirib.

Ölkələrarası gərginliklərlə baş edə bilmək üçün Fransa və Hindistanın etibara söykənən münasibətlərini gücləndirməyə davam edəcəyini söyləyən Makron Hindistanla birgə qalıcı barışıq üçün çalışacaqlarını vurğulayıb.

Emmanuel Makron Hindistanın Fransanın Asiyadakı ikinci ən böyük ticarət ortağı olmasını da söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info