Fransa Prezidenti Emmanuel Makron bu gün ölkədə keçirilən parlament seçkilərində gözlənildiyindən tez səs verib.
Axar.az xəbər verir ki, Fransa prezidenti Mon-Valeryendə Şarl de Qollun 1940-cı il 18 iyun çağırışının 77-ci ildönümünə həsr edilmiş tədbirə sədrlik etməli olduğu üçün bu gün Tukedə səhər saatlarında səs verib.
Həmişə həyat yoldaşı Bricit Makronla birlikdə olan Emmanuel Makronun bu dəfə səsvermə məntəqəsinə tək gəlməsi mediada müzakirələr doğurub.
Gununsesi.info













