“Makron həddini aşıb” - Aqil Abbas

  • By admin
  • 26 Noyabr 2020 12:53

“Bir vaxtlar Fransanın belə hərəkətlərinə görə deputat Şamil Qurbanov burada dedi ki, Jak Şirak qudurub. Və bundan sonra da dünyasını dəyişdi. İndi mən demək istəmirəm ki, Makron həddini aşıb. Sadəcə Fransanın Türkiyə və Azərbaycana düşmənçiliyi var”.

Gununsesi.info-nun məlumatına görə, bu fikirləri parlamentdə deputat Aqil Abbas səsləndirib.

Deputat xatırladıb ki, Fransa Çanaqqala daxil olmaqla Suriyada və Liviyada Türkiyəyə uduzub: “Hamımız bilirik ki, Fransa Senatı nədir. Mən düşünmürəm ki, Senat 500 min erməninin səsinə görə belə addım atsın. Bu onların düşüncəsidir”.

Aqil Abbasda bəzi həmkarlarının Fransanın Minsk Qrupundan çıxarılmasına dair təkliflərini tənqid edib: “Artıq Minsk Qrupu yoxdur. İndi Minsk Qrupunu Bakı, Ankara və Moskva əvəz edir. Dağlıq Qarabağ adlı məfhum da yoxdur.Bunu Putin də açıq ifadə etdi. Qarabağ Azərbaycanın şəhidlərinin hesabına azad edilib. Senat nə istəyir desin. Ancaq Minsk Qrupunu unudun getsin. Cammat elə düşünər ki, bunlar yenə gəlib başımızın altına yastıq qoyacaqlar”.

Gununsesi.info