Makron hökumətdən xalqın polisə inamını artırmaq üçün təkliflər tələb edir

  • By admin
  • 28 Noyabr 2020 14:03

Fransa Prezidenti Emmanuel Makron qaradərili fransızın polis tərəfindən döyülməsini qınayıb və hökumətdən xalqın hüquq-mühafizə orqanlarına olan inamını artırmaq üçün təkliflər verməsini tələb edib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Makron  “Facebook” hesabında yazıb: :Mişel Zeklerə polis hücumu qəbuledilməzdir. Onlar bizi utandıracaq. Məmurlar “nifrət və irqçiliyin çiçəklənməsinə” yol verməməlidir”.

Polislə vətəndaşlar arasındakı nümunəvi münasibətlərin mövcudluğuna inandığını vurğulayan Fransa lideri utancverici halların bir daha yaşanmasına dözməyəcəyini deyib.

Qeyd edək ki, Makronun haqqında bəhs etdiyi zənci prodüser Zekler noyabrın 21-də polislər tərəfindən döyülüb. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitariya qaydalarını pozaraq küçədə maskasız gedərkən polisin onu cərimələyəcəyindən qorxaraq qaçmağa başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları onu izləyərək gizləndiyi binada yaxalayıblar. Polislər prodüseri döyməyə və təhqir etməyə başlayıblar. Hadisə anbaan videoya çəkilib. Həmin görüntülər ölkədə kütləvi etirazlara səbəb olub.

Gununsesi.org