Makron imamlara 15 gün vaxt verdi

  • By admin
  • 20 Noyabr 2020 16:33

Fransa prezidenti Emmanuel Makron fransalı imamlara respublika dəyərləri xartiyasını qəbul etmək üçün 15 gün vaxt verib. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, xartiya dinin təhsildən və dövlətdən ciddi şəkildə ayrılmasını, həmçinin müsəlman icmalarına xarici müdaxilələrin qadağan edilməsini nəzərdə tutur.

LCI telekanalının yaydığı məlumata görə, Fransa müsəlmanlarının liderləri noyabrın 18-də Makronla görüşərkən milli imamlar şurasının yaradılmasına razılıq veriblər. Şuranın moizələr üçün rəsmi akkreditasiyalar verəcəyi nəzərdə tutulub.

Gununsesi.info