Makron İran Prezidentini nüvə danışıqlarını sürətləndirməyə çağırıb

  • By admin
  • 30 Yanvar 2022 19:08

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə söhbətində Tehran və Vaşinqtonun nüvə ilə bağlı razılaşma üçün danışıqları sürətləndirməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Vyanada danışıqların bərpasından bir neçə ay sonra Fransa Prezidenti nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün danışıqları sürətləndirməyin vacibliyini vurğulayıb.

Makron, həmçinin qeyd edib ki, İranın nüvə problemi ilə bağlı danışıqlarda uğur qazanmağı mümkün hesab edir.

Qeyd edək ki, Fransa və İran prezidentləri arasında telefon söhbəti yanvarın 29-da baş tutub, lakin Yelisey sarayı onun nəticələrini bir gün sonra açıqlayıb.

 

 

Gununsesi.info