Makron Korsikanın muxtariyyət perspektivinə icazə verdi

  • By admin
  • 29 Sentyabr 2023 11:49
makron

Fransa prezidenti Emmanuel Makron Korsika icması üçün xüsusi statusun təmin edilməsini təklif etdi və adadakı müstəqillik tərəfdarlarına və sağçılara muxtariyyət məsələsi ilə bağlı mətni razılaşdırmaq üçün altı ay vaxt verib. 

Gununsesi.info xəbər verir ki, Korsika parlamentində çıxış edən Makron Fransa konstitusiyasında “xüsusi Korsika muxtariyyətinin” tanınması prosesində tərəfləri birgə işləməyə çağırıb.

Makronun sözlərinə görə, razılaşdırılmış mətndə Fransanın ifrat sağının “qırmızı xətti” sayılan tələblər yer almamalıdır.

Korsika dilinin rəsmi statusu tələblərinə cavab olaraq, Makron bu dilin sakinlər arasında daha yaxşı yayılmasını təklif edib.

Fransa prezidenti müstəqillik tərəfdarlarının “Korsika xalqının hüquqi tanınması” tələbinə müsbət yanaşdığını və bununla bağlı Konstitusiyaya “aydın” bəndin daxil edilə biləcəyini bildirib.

Səid Əhmədli
Gununsesi.info