Makron meydan oxudu: “Sena çayında üzəcəm”

  • By admin
  • 01 Mart 2024 14:36

Fransa iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiadasına hazırlaşarkən Sena çayının təmizliyi də mübahisələr yaradır.

Gununsesi.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron təmiz olduğunu göstərmək üçün Sena çayında üzəcəyini açıqlayıb. Olimpiya kəndinin açılışında danışan Makron bir jurnalistin çayda üzüb-üzməyəcəyini soruşduqda, “Mən bunu edəcəm, amma sizə tarix verə bilmərəm” deyib.

Paris administrasiyası 100 ildir üzmək mümkün olmayan Sena çayını təmizləmək üçün uzun müddətdir ki, işləyir. 1900-cü il Paris Olimpiadasında çayda üzgüçülük tədbirləri keçirilib, lakin 1923-cü ildən sonra çirklənmə səbəbindən çayda üzmək qadağan edilib.

Rəsmilərin sözlərinə görə, 1,4 milyard avro xərclənərək təmizlənən Sena çayından götürülən son nümunələr suyun üzmək üçün kifayət qədər təmiz olduğunu ortaya çıxarıb.

 

Gununsesi.info