Makron özünü Fransanın deyil, Ermənistan lideri hesab edir - Politoloq

  • By admin
  • 28 Dekabr 2020 15:44

“Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib və Paşinyanı onlara şikayət edib. Bildirib ki, Ermənistanın baş naziri sonuna qədər Fransadan dəstək istəməyib. Makron bundan təəssüfləndiyini dilə gətirib və deyib ki, üçtərəfli bəyanat imzalanan ərəfədə və ondan sonra Paşinyan ondan məsləhət almayıb”.

Bu sözləri Gununsesi.info-ya danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

O bildirib ki, Makron müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını qeyd edib: “Bu, bir daha onu göstərir ki, Fransa Prezidenti özünü Fransanın deyil, Ermənistanın lideri sayır. Burada da başadüşülən məqam var. Çünki o, genetik olaraq erməni kökənlidir və yəqin ki, erməni qohumlarının qayğısına qalmaqla məşğuldur. Bu çıxış Fransanın ATƏT-in həmsədr ölkəsi kimi Makronun başçılığı altında qərəzli mövqeyini davam etdirəcəyinə dəlalət edir”.

Politoloq vurğulayıb ki, sadəcə olaraq Fransa ATƏT-in həmsədr ölkəsi olduğu üçün manevr imkanları bir qədər dardır: “Makron açıq-aşkar şəkildə Dağlıq Qarabağla bağlı istədiyi digər məqsədlərini yerinə yetirə bilmir. Ancaq biz bilirik ki, danışıqlar masasında Fransanın təxribatçı rolu və mövqeyi hər bir halda bu münaqişənin tənzimlənməsinə xələl gətirir. Ancaq Fransa unutmasın ki, onun Cənubi Qafqazdakı bu prosesə təsir etmək imkanı sıfıra bərabərdir. Azərbaycanın bu gün ortaya qoyduğu reallığı hər kəs qəbul etmək məcburiyyətindədir”.

Gununsesi.info