Gununsesi.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu həftə Rusiya Prezidenti Vladimir Putinlə növbəti telefon danışığına hazırlaşır. AYNA xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi, dövlət katibi Qabriel Attal bildirib.
“Prezident Putin fikir mübadiləsi aparmaq üçün Prezident Makronla növbəti dəfə danışacağına söz verib. Çox güman ki, bu həftə Fransa və Rusiya prezidentləri arasında yeni müzakirə baş tutacaq”, – dövlət katibi vurğulayıb.
Qeyd edək ki, iki lider arasında sonuncu telefon danışığı martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının yekunları ilə bağlı baş tutub. Putin fransalı həmkarını Rusiya hərbçilərinin humanitar yardımın göstərilməsi və mülki şəxslərin, o cümlədən Mariupoldan təhlükəsiz təxliyənin təmin edilməsi üçün gördüyü tədbirlər barədə məlumatlandırıb.