Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı – 30 MİN RUS ƏSGƏRİ GERİ ÇAĞIRILIR

  • By admin
  • 08 Fevral 2022 22:58

Prezidentlər Vladimir Putin və Emmanuel Makron bir gün əvvəl Moskvada keçirilən görüşdə Ukrayna ilə bağlı razılıq əldə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Putin və Makron Rusiyanın yeni hərbi təşəbbüslər həyata keçirməməsi barədə razılığa gəliblər. Kremlin də öz silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razı olduğu bildirilir.

“The Financial Times” yazır ki, Putin “Allied Resolve-2022” adlı birgə təlimdə iştirak edən 30 minə qədər rus əsgərini Belarusdan çıxarmağa razılaşıb. Tərəflərin kollektiv təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış dialoq haqqında saziş bağlamaq niyyətində olduqları, növbəti görüşlərdə bu məsələnin müzakirə olunacağı və Kremlin Vaşinqtondan bu şərtlərin təsdiqini gözlədiyi də qeyd edilir.

Gununsesi.info