Makron Qərbi Rusiyaya güzəştə getməməyə ÇAĞIRDI

  • By admin
  • 23 Avqust 2022 19:07

Fransa Prezidenti Emmanuel Makron Qərbi Rusiyaya güzəştə getməməyə və zəiflik nümayiş etdirməməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Fransa liderinin sözlərinə görə, Rusiya götürdüyü öhdəliklərinə baxmayaraq, artıq öz seçimini edib.

“Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik. Çünki bu gün söhbət hamı üçün azadlıqdan, hər şeydən və dünyanın hər yerində sülhdən gedir”, – deyə Makron bildirib.

O, həmçinin qeyd edib ki, Kiyev Fransanın uzunmüddətli dəstəyinə arxalana bilər.

Gununsesi.info